Beyləqan sakinindən tapança götürülüb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Şəmsi Əbilov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı "Makarov" tapançası, həmin silaha aid 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.