Aprelin 13-ü Ağstafa rayon sakini Günel Məmmədovanın qardaşına məxsus evdə xəstəlikdən ölməsi barədə Rayon Mərkəzi Xəstəxnasından hüquq-mühafizə orqanlarına məlumat verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, aprelin 8-də Ayaz Məmmədov aralarında yaranmış mübahisə zamanı arvadı Günel Məmmədovanı döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirib.
Fakt üzrə Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Günel Məmmədovanın meyitinin xarici müayinəsi aparılarkən aprelin 8-də almış olduğu xəsarətlərdən başqa hər hansı xəsarət izi aşkar edilməyib.
Seymur Əli