Balakən rayonunun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"a bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Murad İbrahimli