Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserində bıçaqlanma olub.
"Unikal" xəbər verir ki, hadisə dispanserin mətbəx otağında qeydə alınıb.
Belə ki, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmovu bıçaqlayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.