Saatlıda kişi öz həmkəndlisini bıçaqlayıb.

"Unikal"ın məlumatına görə, 18.04.2023-cü il tarixdə saat 20 radələrində 1986-cı il təvəllüdlü Saatlı rayonu Əlisoltanlı kənd sakini Məhərrəmov Baloğlan Vaqif oğlu yaşadıqları kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğlunun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla vuraraq ona qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası (nazik bağırsağın zədələnməsi), sol bazu, sağ qoluqaltı və sağ dirsək oynağının kəsilmiş yaraları xəsarətlərini yetirib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində 19 aprel 2023-cü il  tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.

Murad İbrahimli