Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb
Bildirilir ki, Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qlobal neft bazarının sabitliyi üçün OPEC+ çərçivəsində koordinasiya səviyyəsindən məmnunluq ifadə olunub.