Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub, 3 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***09:22

Bakıda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman"la 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində sonuncu avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişin 2019-cu il təvəllüdlü  Məhərrəmli Vaqif Famil oğlu isə xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.