Bakıda avtomobillə moped toqquşub, ölən var.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən Balaxanı-Binəqədi yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Sovqat Məmməd oğlunun idarə etdiyi “Ford" markalı avtomobillə 1963-cü il təvəllüdlü Balayev Alik Rafiq oğlunun idarə etdiyi moped toqquşub. Nəticədə A.Balayev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.