Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes"lə "Niva" markalı minik maşınları toqquşub. Qəzadan sonra "Niva" yoldan çıxaraq aşıb.

Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov