Baltikyanı ölkələr (Latviya, Litva , Estoniya) heç vaxt post-sovet ölkələri olmayıb.
"Unikal" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç deyib.
O, Çin Xarici İşlər Nazirliyinin Pekinin SSRİ-nin dağılması nəticəsində yaranmış bütün ölkələrin statusuna hörmətlə yanaşması barədə bəyanatını şərh edib: "Latviya 1940-cı ildə Sovet İttifaqı tərəfindən qanunsuz olaraq işğal edilib. Dünya ictimaiyyəti heç vaxt sovet işğalını tanımayıb. Biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdik".
Latviya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, ÇXR səfirliyinin müvəqqəti işlər vəkili ÇXR-in Fransadakı səfirinin bəyanatları ilə əlaqədar Latviya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ağarza Elçinoğlu