Bakıda qadının çantasından pul oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 17-də Bakı şəhər sakini olan bir qadının çantasından 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.