Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7000 manat dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.