Rusiya gecə saatlarında "Kalibr" raketləri ilə Nikolayev şəhərinə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb. 

O, Nikolayevin gecə atəşə tutulmasının nəticələrini əks etdirən video yayımlayıb. Ukrayna tərəfi 1 ölü və 23 yaralı olduğunu bildirir.

Məlumata görə, hücuum Qara dənizdən həyata keçirilib.  

Rusiya hələlik Nikolayevə hücumlarla bağlı məlumatı şərh etməyib.

Ağarza Elçinoğlu