Dünyanın müxtəlif yerlərində 22 restoranı olan türkiyəli qəssab Nüsret Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş işçiləri onun restoranlarında cinsiyyətçi atmosferin hökm sürdüyünü və işçilərin milli ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər.
Nüsret Gökçe ilə işləyən bəzi qadınlar isə “dekolte” geyinməyə məcbur edildiklərini bildiriblər. Həmçinin, şikayətçi şəxslər Gökçenin şöhrətə və pula həris olduğunu dilə gətiriblər.
Gülayə Mecid