"Ermənilər üçün maraqlı və həssas bir mövzu var. Deyirlər ki, bizim 10 milyard dollar borcumuz var".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bu, yüngül borcdur.
"Biz vətəndaşlarımıza başa salmalıyıq ki, ÜDM-imizlə müqayisədə çox cüzi borcumuz var. Əslində Ermənistan 46 faiz yüngül borc yükü olan ölkə hesab olunur. Biz məsələyə bu məntiqlə baxmalıyıq, çünki ölkələr yüngül, orta borc və yüksək borcu olan ölkələr kimi təsnif edilir. İndi Ermənistan iqtisadi artımına görə yüngül borcu olan ölkədir", - o əlavə edib.
Gülayə Mecid