Rusiya Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti həll etmək üçün lazımi səylər göstərir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
XİN nümayəndəsinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin aprelin 24-də verdiyi bəyanatda öz mövqeyini açıq şəkildə ifadə edib: "Hazırda Rusiya sülhməramlı qüvvələri tərəfindən Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata qayıtmaq üçün həm yerdə, həm də siyasi səviyyədə bütün lazımi səylər göstərilir".
Zaxarova əlavə edib ki, Moskva rəsmi İrəvanın da qarşılıqlı məqbul həll yollarının axtarışına öz töhfəsini verməsini prinsipial olaraq vacib hesab edir.
Ağarza Elçinoğlu