Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

*** 16:08

Tərtərdə tüfənglə qətlə yetirilən kişinin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib.

O, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

***

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən  "Unikal"a  bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində  tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.