“Soyqırımı iddiaları Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətindəki ən böyük maneədir”.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Azərbaycan 30 illik işğaldan sonra “bəsdir artıq” deyərək torpaqlarını azad etdi: “Bundan sonra biz Ermənistana sülh əli uzatdıq. Arzumuz Ermənistanın ən qısa vaxtda uzatdığımız sülh əlini tutması, belə səhv addımlarla xalqının gələcəyinə mane olmamasıdır”.