Rumıniya 321 milyon dollara 18 ədəd "Bayraktar" pilotsuz uçan aparatı alacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Buxarestdəki səfiri Özgür Kıvanç Altan məlumat verib.
“Dostumuz, Qara dəniz qonşumuz və NATO müttəfiqimiz olan Rumıniya Bayraktar TB2 SİHA-nı arsenalına əlavə edir. Bu strateji potensial Rumıniya ilə strateji tərəfdaşlığımızın yeni təzahürüdür”, - Kıvanç Altan "Twitter"də yazıb.