Akkuyu Türkiyə-Rusiya tarixinin ən böyük layihələrindən biridir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Akkuyu AES-in açılışı zamanı deyib.
Rusiya liderinin sözlərinə görə, Türkiyə ilə iqtisadiyyat və ticarət sahəsində əlaqələri inkişaf etdirmək qərarına gəlinib: "Qazımızı üçüncü ölkələrə göndərmək qərarına gəldik. Bildiyiniz kimi, Türkiyədə qaz mərkəzi yaradılacaq. Satış da bu mərkəz vasitəsilə qurulacaq".
Putin həmçinin Türkiyədə baş verən geclü zəlzələdən də danışıb: "Türkiyə hökumətinin vəzifələrinin nə qədər çətin olduğunu da gördük. Burada türk tərəfdaşımıza lazımi dəstəyi verməyə hazırıqş. Zəlzələ zamanı səhra xəstəxanası göndərən ilk ölkələrdən biri də Rusiya olub. 13 mindən çox Türkiyə vətəndaşı səhra xəstəxanasında müalicə olunub. Biz bunu ürəkdən edirik.
Burada olmağımızın əsas səbəbi Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağını gətirməkdir. Bir az sonra Akkuyuda sertifikatın verilməsi ilə Türkiyə artıq nüvə enerjisi olan ölkə olacaq".
Ağarza Elçinoğlu