İstanbulda 11 mərtəbəli binada yanğın baş verib.
"Unikal" xəbər verir ki, güclü tüstü səbəbindən ətrafdakı müəssisələr təxliyə edilib.
“Akit Medya” qrupunun da daxil olduğu 11 mərtəbəli binanın zirzəmisində yerləşən anbarda tekstil materialları yanıb.
Zirzəmidən qalxan tüstü qısa zamanda bütün binanı bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Yanğın yanğınsöndürənlərin gərgin səylərindən sonra nəzarətə götürülüb.
Yanğın zamanı xəsarət alan və tələfat yoxdur.