ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyatına qarşı “Amerika vətəndaşlarının qeyri-qanuni saxlanılmasına” görə sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksəkrütbəli nümayəndəsi hakimiyyətin bu qərarına həsr olunmuş jurnalistlər üçün xüsusi brifinqdə bildirib.
Administrasiya rəsmisinin sözlərinə görə, sanksiyaların birinci paketi ABŞ Prezidenti Cozef Baydenin “Rusiya və İranda amerikalıları əvvəllər və ya hazırda girov tutan və ya haqsız yerə saxlayan qurumlara” qarşı sərəncamı əsasında tətbiq edilir.