Ukrayna ərazilərinin minalardan tam təmizlənməsi üçün 40 milyard dollar lazımdır.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini İrina Vereşçuk deyib.
Onun sözlərinə görə, minatəmizləmə əməliyyatları indiki templə davam edərsə, prosesin 70 il sonra başa çatacağı gözlənilir.
Vereşçuk qeyd edib ki, hazırda ölkə ərazisinin 170 min kvadrat kilometrdən çoxu minalanıb.