Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbirləri həyata keçirilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olan Qafarova Elvira Səfərəli qızı Siyəzən şəhəri Nizami küçəsində saxlanılaraq RPŞ-nə gətirilib. Onun üzərində keçirilən şəxsi axtarış zamanı təmiz çəkisi 2,665 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Murad İbrahimli