Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli bilinən iki nəfər saxlanılıb.
"Unikal"ın məlumatına görə, Əliyev Elçin Sadıq oğlu Siyəzən şəhəri S.Dağlı küçəsində saxlanılaraq RPŞ-nə gətirilib, üzərində keçirilən şəxsi axtarış zamanı təmiz çəkisi 7,901 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 6,265 qram olan narkotik vasitə heroin aşkar edilib götürülüb.
Narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olan Abasov Rasim Zülfi oğlu isə şəhərin B.Səfəroğlu küçəsində saxlanılaraq RPŞ-nǝ gətirilib, şəxsi axtarış zamanı üzərindən təmiz çəkisi 12,388 qram matamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 6,186 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroine bənzər kütlə aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.