26.04.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.
"Unikal"ın məlumatına görə, o, 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilməsi faktına görə 29.04.2023-cü il tarixdə RPİ-də Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə 230110250 cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
30.04.2023-cü il tarixdə saat 18 radələrində zərər çəkmiş şəxs E.Həsənova hadisə zamanı almış olduğu xəsarətlərdən müalicə olunduğu xəstəxanada öldüyündən cinayət işi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə tövsif edilmiş, meyit müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilmişdir.
Hazırda istintaq davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
Murad İbrahimli