Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd edilib ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ramiq Musayevin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Musayevin marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və o, 500 manat məbləğində cərimə olunub.