Abşeronda kişi arvadını bıçaqlayıb.

"Unikal"ın məlumatına görə, ötən gün saat 15:47-də Abşeron rayonu Xırdalan şəhəri B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan 1991-ci il təvəllüdlü Kərimova Rəna Azər qızına yaşadığı evdə əri 1987-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirilib.

Faktla bağlı Abşeron RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Murad İbrahimli