İmişlidə qəza olub.

"Unikal"ın məlumatına görə, İmişli-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Xankişiyev Aydın Əlinağı oğlu idarə etdiyi “Lexus L570” markalı avtomobil ilə 1960-cı il təvəllüdlü Aslanov Qaytaran Zalı oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobilə toqquşub.

"Pajero"da olan İmanova Səma Sədi qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Nevrocərrahiyə Xəstəxanasına daxil olub, S.İmanova 02.05.2023-cü il tarixdə saat 08 radələrində müalicə aldığı xəstəxanada ölüb. 

İmişli RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Murad İbrahimli