Sabunçuda sürücüdən narkotik götürülüb.

"Unikal"ın məlumatına görə, aprel 30-da saat 20:30-da Sabunçu RPİ-nin və DYP-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1967-ci il təvəllüdlü Ağayev Çingiz Mirzə oğlu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsində yerləşən “Badü Kübə” şadlıq sarayının qarşısında idarə etdiyi “Opel Astra” markalı, “90-TS-135” dövlət qeydiyyat nişanlı avtomobil ilə saxlanılıb.

Polis bölməsində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən ümumi çəkisi 0.785 qram “heroin”, habelə idarə etdiyi avtomobilin arxa saxlanc yerindən isə çəkisi 1 kq 50.2 qram narkotik maddə “Heroin” aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Murad İbrahimli