Ötən gün saat 12:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində Qaraşov Camal Cəmil oğlunun idarə etdiyi "Mercedes Benz 518" markalı avtobus ilə Osmanov Rahim Qurban oğlunun idarə etdiyi "Kamaz-5410" markalı yük avtomobili toqquşub.
"Unikal"ın məlumatına görə, nəticədə "Mercedes Benz 518" markalı avtobusda olan sərnişinlər Nüsrət Əliyev və Həmidə Quliyeva hadisə yerində ölmüş, sərnişinlər Zeynəb Məmmədova və Zəhra Quliyeva isə xəsarət alıblar..
Faktla bağlı Daxili İşlər Nazirliyinin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Murad İbrahimli