Ukraynanın Xerson vilayətində Rusiya tərəfindən öldürülən dinc sakinlərə görə 3 günlük matəm elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, mayın 3- də rusların raket zərbələri nəticəsində Xersonda 23 nəfər ölüb, 46 nəfər yaralanıb.
"Düşmənin hədəfləri yaşadığımız, işlədiyimiz yerlərdir. Onların məqsədi bizim və uşaqlarımızın həyatıdır", - deyə Prokudin vurğulayıb.
Ağarza Elçinoğlu