"Bildiyimiz kimi yoxlamalar 30 gün müddətinə açılır. Amma bu yoxlamlar bəzi müəssisəslərdə illərlə davam edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputatı Məşhur Məmmədov deyib.
O bildirib ki, illərlə yoxlamaların aparılması müəssisələrin fəaliyyətində problemlər yaradır: "Onların hesabları bağlanır, hətta onların partnyorları ilə problemlər yaradır. Əgər orada 1 yoxlama deyil, 3 yoxlama getməlidirsə, onların 3-ü də aparılmaldır".
Komitə sədri Tahir Mirkişili cavab olaraq qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasnın səbəblərindən biri də sahibkarların elektron bazalarının az olmasıdır.
“Bu da müəyyən problemlərə səbəb olur. Belə ki, ümumi sahibkarların 65%-də kompüter varsa, 35 %-də yoxdur. Proseslərin elektronlaşdırılmaması, mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması, yoxlamaların uzun çəkməsinə səbəb olur”.
Anar Kəlbiyev