"Bəzi sahibkarlar fırıldaqçılıqla məşğul olurlar. Yalan vədlər verirlər, insanları incidirlər, pul alırlar, işi görmürlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
"Bu hallara daha çox tikinti şirkətlərində rast gəlinir", - deyə deputat bildirib.
R.Quliyev qeyd edib ki, yoxlamaların məhdudlaşdırılması bəzi işbazlara şərait yaradıb: "Xaricdən bura keyfiyyətsiz malları gətirən, bizə genetik ziyan vuran şirkətlərin qabağı alınmalıdır".
Anar Kəlbiyev