2023-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 53 milyon barel (təxminən 7 milyon ton) xam neft nəql olunub.
"Unikal" xəbər verir ki, bu barədə BP-nin hesabatında bildirilib.
2022-ci ilin birinci rübündə BTC ilə təqribən 51 milyon barel (təxminən 6,7 milyon ton) xam neft nəql olunmuşdu. Beləliklə, boru kəməri ilə daşınmaların həcmi illik hesablamada 3,9 faiz artıb.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 4 milyard bareldən çox (539 milyon ton) xam neft nəql edilib və 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).