Cənubi Koreyada cinayətkarlar bütöv bir oteli icarəyə götürərək bir ay ərzində neft kəmərinə tunel qazıblar.
"Unikal" yerli mediaya istinadən xəbər verir ki, borudan neft oğurlamağı planlaşdıran səkkiz kişi həbs edilib. Bunun üçün altından neft kəmərinin keçdiyi oteli icarəyə götürüb, yüksək səslərlə diqqəti cəlb etməmək üçün günün çox hissəsini binanın zirzəmisində, ən sadə alətlərlə qazaraq keçiriblər.
Təxminən bir ay ərzində onlar 10 metr qaza bilib və neft kəmərinə 30 santimetr yaxınlaşıblar. Lakin onların işlərini başa vurmağa vaxtları olmayıb - oteldə axtarış aparılıb. İndi səlahiyyətlilər tunelin binaya zərər vermədən necə doldurulacağına qərar verirlər.
Dindirilmə zamanı tutulan şəxslər oğurladıqları yağı iki yanacaqdoldurma məntəqəsində satmağı planlaşdırdıqlarını etiraf ediblər.