Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli  törətməkdə şübhəli bilinən  rayon sakini saxlanılıb.

Həmin şəxsdən 1 ədəd sənədsiz  tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.