Ötən gün Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində avtomobillə moped toqquşub.

"Unikal" xəbər verir ki, Murad Allahverdiyev idarə etdiyi "Pejo 407" markalı avtomobillə hərəkətdə olarkən Əli Paşayevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.