Quba rayonun Söhüb kənd sakini, 23 yaşlı Rafail Ramazanov itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, R.Ramazanov mayın 12-si səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Rafail Ramazanov barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.