Ötən gün saat 03 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,6-cı km-də 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi  "Toyota Prius" markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu  vurub.

"Unikal"ın məlumatına görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Rüstəmov Vətən müharibəsi qazisidir.

Murad İbrahimli