Bakıda kişi tanışını bıçaqlayıb.

"Unikal"ın məlumatına görə, ötən gün saat 21 radələrində Əliyev Emin Bəxtiyar oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı küçədə tanışı 1999-cu il təvəllüdlü Hüseynov Rəcəb Tofiq oğlunu üzərində olan bıçaqla vuraraq qəsdən sağlamlığına ağır xəsarət yetirib.

Faktla bağlı Nəsimi RPİ-in İstintaq şobəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Murad İbrahimli