Azərbaycan cüdoçuları mayın 20-21-də İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində 3 medal qazanıb.
“Unikal” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.
Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.