Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın qardaşı, 57 yaşlı Mher Baqratyan avtomobil qəzasında ölüb.  

"Unikal" xəbər verir ki, bu  barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilir ki,  qəza  gecə saatlarında İrəvanda baş verib. Mher Baqratyanın idarə etdiyi  "Porsche Cayenne" markalı avtomobil beton hasara çırpılıb. Mher Baqratyan hadisə yerində keçinib. Əraziyə polis cəlb olunub. Mərhumun üzərindən külli miqdarda pul tapılıb. 

İlkin məlumata görə,  Mher Baqratyan avtomobili idarə edərkən qəflətən dünyasını dəyişib. 

Qeyd edək ki, Hrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri işləyib.

Gülayə Mecid