Xəbər verildiyi kimi, 20.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğunda Neftçala bələdiyyəsində müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, toplanmış sübutlarla Rövşən Quliyevin Neftçala bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2018-2022-ci illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, külli miqdarda rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Quliyevə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.