Zaqatalada qadın itkin düşüb.

"Unikal"ın məlumatına görə, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.  

Qeyd edək ki, qadın şizofreniya xəstəliyindən əziyyət çəkir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qadının itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib.

Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.

Murad İbrahimli