Mayın 24-ü saat 02 radələrində Gürcüstan Respublikasının vətəndaşı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Hüseynov Aftandil Samir oğlu qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası ilə Sabunçu Tibb Mərkəzinə müraciət edib.

"Unikal"ın məlumatına görə, ilkin araşdırma zamanı sonuncunun Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində naməlum şəxs tərəfindən bıçaqlanması müəyyən edilib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Murad İbrahimli