Mayın 22-də saat 11:47 radələrində sürücü İsgəndərov Tofiq Xeyrəddin oğlu idarə etdiyi "Ford Transit" minik markalı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna-Bakı şossesi ilə hərəkətdə olarkən piyada Quliyeva Almagül Cəmaləddin qızını vurub.
"Unikal"ın məlumatına görə, sonuncu almış olduğu bədən xəsarətlərindən 23.05.2023-cü il tarixdə saat 12:32 radələrində yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı Xəzər RPİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.
Murad İbrahimli