Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müxalif Xalq Azadlıq Partiyasının (PARNAS) ləğvi ilə bağlı iddiasını təmin edib.
"Unikal" xəbər verir ki, bu bardə TASS məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, PARNAS-ın qanunla siyasi partiyaların tələb olunduğu Rusiya Federasiyası regionlarının yarısında nümayəndəlikləri yoxdur: "Partiya regional bölmələrinin sayının artırılması və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün heç bir cəhd göstərmir".
Ağarza Elçinoğlu