“Ermənistan və Azərbaycan arasında müəyyən çətinliklər olsa da, vəziyyət nizamlanmaya doğru gedir”.
“Unikal” xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib.
“Ümumiyyətlə, mənim fikrimcə, hələ kifayət qədər olan hər hansı çətinlik və problemlərə baxmayaraq, vəziyyət hələ də nizamlanma istiqamətində inkişaf edir. Mənim fikrimcə və bizim fikrimizcə - mən hər üçümüzün fikrini nəzərdə tuturam: Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin - bunlar aşıla bilən maneələrdir, ümumiyyətlə, bunlar sırf texniki məsələlərdir”, - deyə o əlavə edib.