Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar.

“Unikal” xəbər verir ki, E.Vəliyev çıxışında 2023-cü ilin 4 ayı ərzində ölkə üzrə abonentlərin qazın tarifi ilə bağlı limitdəki son vəziyyətini açıqlayıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bu 4 ay ərzində 113 km yeni qaz xəttinin çəkildiyini, 90 km uzunluğunda isə müxtəlif diametrli boru xətlərinin əsaslı şəkildə təmir olunduğunu da diqqətə çatdırıb.

Aksiyada çıxış edən SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov isə tüstü bacalarının təmizlənməsi məsələsinə toxunub.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.